Sign In

Çəmbərəkənd parkı

Hasan Seyidbeyli

Çəmbərəkənd parkı – Azərbaycanın Bakı şəhərinin Səbail rayonunda yerləşən park. 8 iyun 2022-ci ildə açılıb.[1] Açılışda Azərbaycan prezidenti İlham Əliyev də iştirak etmişdir.[1]

Bakının Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış parkda yaşıllaşdırma işləri aparılmış, 1200 metr uzunluğunda piyada yolları salınmış, sakinlərin asudə vaxtlarını keçirmələri üçün şərait yaradılmışdır.[1] Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınmış, şəhər mənzərəli iki terras düzəldilmiş, müasir üslubda fəvvarə inşa edilmiş, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilmişdir.[1] Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilmişdir.[1] Həmçinin ərazidə idman və uşaq əyləncə qurğuları quraşdırılmışdır.[1] Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənmiş, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilmişdir.[1]

Bölgə

Rəy əlavə edin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Service
Value for Money
Bölgə
Cleanliness

Message Vendor

Please choose "Contact Owner Widget" form in Appearance → Widgets (Single Listing Sidebar → Listeo Contact Widget) More information.
Fungo mobil tətbiqini indi yükləyin

Mobil tətbiq vasitəsilə axtardığınızı daha asan və tez tapın.