Sign In

Müasir İncəsənət Muzeyi

Yusuf Səfərov, Bakı 1025

Muzey ekspozisiyasının əsasını XX əsrin II yarısından bu günə qədər Azərbaycan avanqardının ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Bu ekspozisiya müşahidələr, axtarışlar və insan ruhunun azadlığını təmsil edən əsərlər toplusudur. İncəsənətin ümumbəşərliyinin təsdiqi kimi, muzeydə başqa ölkələrin müasir sənətkarlarının rəsm və heykəltaraşlıq əsərləri də təmsil olunmuşdur.

Azərbaycan avanqardı parlaq və rəqabətə qadir bir olaydır. Bütün avanqardçı rəssamlar kimi, Azərbaycan avanqardçıları da dünya incəsənəti irsini yenidən dərk edərək, onu öz baxışlarından keçirir, günümüzün ritmləri və durumunu ifadə edir, məkan və əhatənin enerjisini duyaraq, sirli və yeni olanları öz fəhmi ilə araşdırır, məhdudiyyət və ştampları peşəkarcasına dağıdaraq, hər biri özunəməxsus şəkildə yeni estetik gerçəklik yaradır. Yaradıcılıq ideyası ilkin olaraq özünüifadə azadlığını təmin edir, o, standart çərçivədən kənardadır. Avanqard – daim mənəvi azadlığa, yeni dərketməyə aparan yol, intəhasızlıq enerjisi ilə təmasdır. Bu, imkanlarımızın ənginliklərində yeni axtarışlar, ovqatımız, qəlbimizin hərarəti və insaniyyətimiz, təlaş və ümidlərimiz, sonsuz təxəyyülümüz, sərbəst formaların nəhayətsiz ifası, xəttin və ecazkar rəssam nöqtəsinin mücərrəd özünütəmininin tükənmək bilməyən üfüqləridir. Bu, daim təsvirin zahiri formalarının arxasında gizlənən, incəliklərinə qədər duyulan bəşər harmoniyasıdır.

Bölgə

Rəy əlavə edin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Service
Value for Money
Bölgə
Cleanliness

Message Vendor

Please choose "Contact Owner Widget" form in Appearance → Widgets (Single Listing Sidebar → Listeo Contact Widget) More information.
Fungo mobil tətbiqini indi yükləyin

Mobil tətbiq vasitəsilə axtardığınızı daha asan və tez tapın.